Set 4 məhsuldan ibarətdir: 30ml tonik, 10ml serum, 30ml gel-krem, 20qr gecə maskası
- Tonik - 90% yuja ekstratı ehtiva edir. Artıq yağı udur və dərini effektiv şəkildə təmizləyir, nəticədə dəri təmiz və parlaq olur. Qıcıqlanmanı aradan qaldırır və dərini sakitləşdirir.
- Serum - dəridəki ləkələrin və çillərin rəngini açır, dəri tonunu bərabərləşdirir və təbii parlaqlıq verir;
- Gel-krem - tərkibindəki 12 növ vitamin sayəsində dərini qidalandırır və nəmləndirir. Sərinlik və təravət hissi verir, solğun dərini canlandırır;
- Gecə maskası - dərini mükəmməl nəmləndirir. Ertəsi səhər dəri sözün əsl mənasında parlayır. Sızanaq ləkələrini və iltihabı əhəmiyyətli dərəcədə azaldır. Tətbiq olunduğu zaman dəridə əriyir və yastıqda heç bir iz buraxmır.