QARA NÖKTƏLƏRİ ARADAN QALDIRMAĞIN YOLLARI
Təəssüf ki, çoxumuzun qarşılaşdığı ümumi dəri problemlərindən biri olan qara nöqtələrin həlli üçün yalnız qara nöqtə lentləri və ya əl ilə sıxma qalıcı həllər təklif etmir.Bunun əvəzinə mütəmadi olaraq dərinizə qulluq etməli, düzgün məhsullarla təmizləməlisiniz.
Tərkibində kömür olan məhsullardan istifadə edin.
Xüsusilə, tərkibində kömür olan dəriyə qulluq məhsulları dəridə yığılmış kir və artıq yağların çıxarılmasın kömək edir. Gün ərzində dərinin məruz qaldığı toz və kir kimi ətraf mühit faktorları səbəbindən tıxanmış məsamələri dərindən təmizləyən kömür, qara nöqtələrin görünüşünü azaltmağa kömək edir. Belə məhsullardan sizə Farm Stay Charcoal Pure üz yuma gelini tövsiyə edə bilərik.

Dərinizi hər gün təmizləyin.
Qara nöqtələrin görünməsinin mümkün qədər qarşısını almaq istəyirsinizsə, dərinizi mütəmadi olaraq təmizləməyi unutmamalısınız. Müntəzəm təmizlik rejimini təmin etdiyiniz zaman dərinizdə qara nöqtələrin olma ehtimalını minimuma endirəcəksiniz. Sizin üçün təmizlik təkliflərimiz; Tərkibindəki salisilik turşusu ilə yağ nəzarətini və qara nöqtələrin görünüşünü azaltmağa kömək edən Cosrx üz yuma geli.

Qulluq rutininizə peeling əlavə edin.
Dərinizi mütəmadi olaraq təmizləməklə yanaşı, dərinlikdəki kirlərdən təmizləməyi də unutmamalısınız. Dərinin ehtiyaclarına uyğun olaraq həftədə 2 və ya 3 dəfə peeling etməlisiniz. Peeling tıxanmış məsamələri təmizləməyə kömək edir, dəridə yığılmış yağ və kirləri təmizləyir və dərinin təravətləndirilməsinə və daha hamar görünməsinə kömək edir. Elizavecca Hell Pore Peeling Gel tövsiyələrimiz arasındadır.
